Mar
2019
11:54
55
32
2704
Virtual karabakh

“Taxt oyunları”nın növbəti mövsümünün ilk treyleri - VİDEO

6 Mar, 2019
11:54
2704

“Taxt oyunları”nın növbəti mövsümünün ilk treyleri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun zamandan bəri gözlənilən “Taxt oyunları” ​serialının sonuncu mövsümünün ilk treyleri yayımlanıb. 

Oxu.Az xəbər verir ki, HBO kanalı serialda yer alan qəhrəmanların saqanın finalında hansı obrazda izləyicilərin önünə çıxacağını göstərib. 

Videoçarxda Arya artıq uşaq deyil. Onunla yanaşı, daha bir neçə serial qəhrəmanları ilk dəfə bu bölümdə əjdaha “Deyeneris”lə görüşəcəklər. 

Səkkizinci mövsümün birinci bölümü aprelin 15-də efirə gedəcək.

Qeyd edək ki, ABŞ-ın HBO telekanalının yazıçı Corc Martinin “Buz və alovun mahnısı” romanı əsasında çəkdiyi “Taxt oyunları” dram serialı dövrün ən baxımlı ekran əsərlərindən biridir. Dünyanın bir çox ölkələrində böyük tamaşaçı auditoriyasına sahib “Taxt oyunları” Azərbaycanda da maraqla izlənilir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri