Mar
2019
17:10
49
130
2475
Virtual karabakh

Murat Boz ilə birlikdə möhtəşəm qala-gecə keçiriləcək - VİDEO

6 Mar, 2019
17:10
2475

Murat Boz ilə birlikdə möhtəşəm qala-gecə keçiriləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” premium kinoteatrın təqdimatı ilə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakanın iştirakı ilə 13 mart, 19:30-da “Elektra Events Hall”da “Öldür Beni Sevgilim” filminin gala gecəsi keçiriləcək. 

Filmin rejissoru Şenol Sönmezdir. Rollarda Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu oynayıblar.

Qısa məlumat: “Öldür beni sevgilim” filmi bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demet beş ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən, münasibətləri elə də yaxşı deyil.

Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyəcanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.

Biletləri İticket-in satış mərkəzlərindən əldə edə bilərsiniz!

Film martın 14-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri