Mar
2019
00:19
283
41
9579
Virtual karabakh

Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdi - VİDEO

7 Mar, 2019
00:19
9579

Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

Oxu.Az xəbər verir ki, buna səbəb müğənninin oğlu Kazımın səhhətində yaranan problemlərdir.

ATV kanalında yayımlanan "Şou ATV" verilişində qonaq olan xanəndə bunları söyləyib.

“Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. O üzdən mən bizim çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay müəllimdən xahiş edirəm”.

Qeyd edək ki, bir müddət bundan öncə Könül Xasıyeva müğənni Mətanət Əsədovanın ad günündə çıxışı zamanı həmkarları tərəfindən “şabaş” yağışına tutulmaqla gündəmi gəlib. Məclisdə  bəziləri K.Xasıyevaya 100 dollar, bəziləri 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. Sosial şəbəkələrə bu videoçarx izləyicilər tərəfindən etirazla qarşılanıb.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri