Mar
2019
15:45
129
59
3106
Virtual karabakh

Amerikalı müğənni alimentə görə həbs olundu

7 Mar, 2019
15:45
3106

Amerikalı müğənni alimentə görə həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ştatların qalmaqallı R&B müğənnisi R.Kelli aliment ödəmədiyinə görə həbs olunub.

Bu barədə BBC məlumat yayıb.

Aliment işinə baxan Çikaqo şəhər hakimi bildirib ki, müğənni keçmiş həyat yoldaşı və uşaqlarına ödəməli olduğu 161 min dolları ödəməyincə dəmir barmaqlıqlar arxasında qalacaq.

Bundan əvvəl, fevral ayında R.Kelli cinsi zorakılıqla bağlı ittihamlara görə həbs olunmuşdu. Ondan məhkəməyə dörd qadın zərərçəkmiş qismində şikayət edib.

İttihamları qəti şəkildə rədd edən müğənni üç gün həbsdə qaldıqdan sonra girov müqabilində şərti azadlığa buraxılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri