Mar
2019
16:47
263
230
10449
Virtual karabakh

Sibel Can Bakıda - FOTO/VİDEO

7 Mar, 2019
16:47
10449

Sibel Can Bakıda - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Sibel Can 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədər bu gün günorta saatlarında paytaxtımıza gəlib.

Oxu.Az xəbər verir ki, Sibel təyyarədən enər-enməz Heydər Əliyev adına Hava limanında jurnalistlərlə görüşüb, onların suallarını cavablandırıb.

“Ruhi, sənə təşəkkürümü bildirirəm ki, vəsilə olub məni Bakıya dəvət etdin. Uzun zamandan sonra Sizi möhtəşəm bir konsert gözləyir. Təəssüf ki, uzun müddət idi ki, Bakıya gələ bilmirdim. Amma sabah gözəl bir konsert salonda sizi musiqi ziyafəti gözləyir. Çox həyacanlıyam.

Mən sizin elin qızıyam. Bu səbəbdən də özümü çox gözəl və rahat hiss edirəm. Mən Bakıya tək deyil, oğlum Engincanla gəlmişəm. O, buraya ilk dəfədir gəlir. Engincan Bakı ilə maraqlanırdı. Gəlib buranı gəzəcək.

Ruhi bizim üçün çox gözəl proqram hazırlayıb. Konsertdən öncə Bakıya gəlməyimiz əla oldu. Çünki adətən, konsert günü gəlib, çıxış edib dərhal da yorğun halda qayıdırdıq Türkiyəyə. Bu səfərimizin dadını çıxaracağıq”. 

Rəşad Əliyev

foto : Ramil Zeynalov

video : Hüseyn Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri