Mar
2019
17:00
75
314
14119
Virtual karabakh

Sibel Canın Bakı konsertində yaşananlar - VİDEO

9 Mar, 2019
17:00
14119

Sibel Canın Bakı konsertində yaşananlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə iş xanımı Ruhi Əliyevanın dəvəti ilə Bakıya gələn türkiyəli müğənni Sibel Can Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Konsert 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunub. 

Oxu.Az xəbər verir ki, Sibel Can pərəstişkarları keçirilən gecəyə axın ediblər.

Konsertin aparıcılığını isə ATV-nin siması Nanə Ağamalıyeva üzərinə götürüb. 20:30-da başlayan konsertdə müğənni yaşıl uzun libasda “Senden başka kimsem yok” adlı bəstə ilə səhnəyə çıxıb.

Konsertə gələn tamaşaçıları salamlayan sənətçi sevilən hitlərini ard-arda ifa edib. Sibel illərdir öz aktuallığını qoruyub-saxlayan “Kanasın”, “Lale devri”, “Kader”, “Nöbetçi sevgilim” kimi mahnılarını canlı səsləndirib. 

Konsertin təşkilatçılığı üçün “Liatris Holding”in rəhbəri Ruhi Əliyevaya təşəkkürünü bildirən Sibel Can doğum gününü qeyd edən səbəbkarı elə səhnədən təbrik edib:

“Budəfəki gəlişimdən çox məmnun qaldım. Burada olmağıma şərait yaradan Ruhi, sənə təşəkkürümü bildirirəm. Bu gün sənin doğum günündür. Səni təbrik edirəm. Musiqinin dəyərini bilən tamaşaçılara isə təşəkkür edirəm”.

Ulduz iki hissəli konsert proqramının ikinci hissəsinə dillər əzbəri olan  “Kanasın” adlı mahnısı ilə start verib. 

Sənətçi sevilən hitləri ilə yanaşı, bir neçə Azərbaycan mahnısını da səsləndirib. Onun oxuduğu “Sən gəlməz oldun”, “Ayrılıq” bəstəsi izləyicilərin ruhunu oxşayıb. 

Konsert zamanı üç libasdan istifadə edən Sibel Can gecədə tamaşaçılara daha da yaxın olmaq üçün səhnədən onların yanına enib və onlarla birgə mahnılarını ifa edib. Rəngarəng ifaları, hit mahnıları və dinamik rəqsləri ilə Sibel pərəstişkarlarına musiqi ziyafəti verib.

Rəşad Əliyev
VİDEO
: Hüseyn Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri