12 
Mar
2019
15:41
45
105
3555
Virtual karabakh

“Çat Kapı aşk” “CinemaPlus”da - FOTO/VİDEO

12 Mar, 2019
15:41
3555

“Çat Kapı aşk” “CinemaPlus”da - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Gənclik Mall” kinoteatrında “Cinemazadeh” studiyasının istehsalı olan Türkiyədə çəkilmiş “Çat Kapı aşk” filminin təqdimatı keçirilib.

Oxu.Az xəbər verir ki, mətbuat konfransında Türkiyənin sevilən aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və ekran əsərinin baş prodüseri Cəfər Axundzadə iştirak edib.

“Sihirli annem” serialı ilə məşhurlaşan türkiyəli aktyor Jess Molho təqdimatda iştirak edə bilməyib. Buna səbəb onun ölkəyə buraxılmaması olub. Keçirilən tədbir üçün bileti alınan Jess İtaliya vətəndaşı olduğuna görə viza məsələsində problem ortalığa çıxıb. Bu barədə filmin prodüseri Cəfər Axundzadə məlumat verib.

Filmin rejissoru Erham Baytimurdur, musiqisi Aynur Axundzadə və Rüstəm Zeynallıya məxsusdur, ssenari müəllifləri Deniz Günay və Nesrin Zamur, operator işi isə Ömər Yılmaza həvalə olunub.

Ekran işində Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və digər aktyorlar rol alıb.

Filmdə hadisələr İstanbulda cərəyan edir. Bir gün həyatının eşqi ilə qovuşacağına inanan gənc heykəltaraş qız Su (Müge Boz) onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır.

Ona bir könüldən min könülə aşiq olur. Arasla onun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına müxtəlif əngəllər ortaya çıxır.

Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən hər vəchlə qaçmağa çalışır.

Onların yaşadığı binada guya qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Sevgi, romantika və macəra dolu anlara şahid olmaq istəyirsinizsə, yolunuzu “CinemaPlus”dan salıb “Çat Kapı aşk”ı filminə izləyə bilərsiniz.

Rəşad Əliyev

video : Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri