14 
Mar
2019
10:11
32
291
21729
Virtual karabakh

Ayselə canlı efirdə ağır ittiham: Ərimi əlimdən aldı - Müğənnidən cavab

14 Mar, 2019
10:11
21729

Ayselə canlı efirdə ağır ittiham: Ərimi əlimdən aldı - Müğənnidən cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı canlı efirdə ittihamlar səsləndirilib.

Oxu.Az xəbər verir ki, proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını deyib.

Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin idarə etdiyi və mətbuatda çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

Qadın bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri həyata keçirir. 

Aysel bütün bu iddialara şəxsi “Instagram” hesabının “Story” bölümündə cavab verib.

Müğənni “Allaha həvalə edirəm” şərhi ilə post paylaşıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri