15 
Mar
2019
16:37
44
243
3405
Virtual karabakh

Sem Smit Bakıda konsert verəcək

15 Mar, 2019
16:37
3405

Sem Smit Bakıda konsert verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı müğənni Sem Smit Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-Prisində konsert proqramı ilə çıxış edəcək. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Oxu.Az-a verilən məlumata görə, “Qremmi” və “Oskar” mükafatlı pop ulduz aprelin 27-də səhnəyə çıxacaq. 

Sem axşam saatlarında canlı ifaları ilə Bakı Kristal Zalında səhnə alacaq.

2012-ci ildə “Disclosure” qrupu ilə birgə ifa etdiyi “Latch” mahnısı ilə məşhurlaşan Sem Smit daha sonra səhnə adı “Naughty Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La” mahnısı ilə ilk pillədə yer alıb. 

İndiyə kimi S.Smitin 20 milyondan çox albomu, 125 milyondan çox sinqlı satılıb.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə bilet alan bütün izləyicilər konsertlərdə pulsuz iştirak edə biləcəklər. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri