17 
Mar
2019
14:43
28
222
19547
Virtual karabakh

Rusiyalı müğənninin nədən öldüyü məlum oldu

17 Mar, 2019
14:43
19547

Rusiyalı müğənninin nədən öldüyü məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, məşhur rusiyalı müğənni Yuliya Naçalova ötən gün ayağının amputasiya əməliyyatındam sonra dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Yuliyanın atası Viktor Naçalov qızının hansı səbəbdən öldüyü haqda mediaya məlumat verib. 

“Bədənində abses (iltihab nəticəsində irin yığılması-red.) baş verib. Həkim personalının bütün cəhdlərinə rəğmən qızımın ürəyi tab gətirmədi və o, dünyasını dəyişdi”, - deyə müğənninin atası bildirib. 

Qeyd edək ki, Yuliya Naçalova 31 yanvar 1981-ci il tarixində Voronej şəhərində peşəkar musiqiçi ailəsində dünyaya gəlib. Atası musiqi ansamblının direktoru, anası isə kollektivin solisti olub. Yuliya 1991-1992-ci illərdə keçirilən “Utrennyaya Zvezda” adlı musiqi yarışmasının qalibi olub. Sənətçi karyerası boyunca bir çox musiqi albomları yazdırmaqla yanaşı özünü kino sahəsində aktrisa kimi sınayıb. 

Üzərində işləməyi sevən Naçalova “Rossiya 1” telekanalında yayımlanan “Odin v odin” şousunda da möhtəşəm perfomansları ilə izləyiciləri təəccübləndirib. O, “Uçitel”, “Duymovoçka”, “Qeroy ne moyeqo romana”, “Mejdu mnoy i toboy” və digər hitləri ilə izləyicilərin sevgisini və rəğbətini qazanıb. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri