19 
Mar
2019
13:40
54
370
9976
Virtual karabakh

Nigar Camal yeni klipini təqdim etdi - FOTO/VİDEO

19 Mar, 2019
13:40
9976

Nigar Camal yeni klipini təqdim etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal media nümayəndələrini başına toplayıb “Get həyatımdan” adlı bəstəyə çəkilmiş klipinin təqdimatını keçirib.

Sözügedən layihənin rəhbəri və mahnının sözləri Fərid Pənahova, musiqisi isə “Flamingo records”a məxsusdur.

Oxu.Az xəbər verir ki, rejissor Orxan Abrahanovun ərsəyə gətirdiyi ekran işində Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli də rol alıb.

Təqdimatda aparıcılar Nərgiz Cəlilova, Hacı Nuran, Kamilə Babayeva, müğənnilər ABD Malik, Eldar Qasımov, Samir Cavadzadə və digər tanınmış simalar iştirak edib. 

Sözügedən layihənin təqdimatına Mədət Quliyev də təşrif buyurub. 

Klip təqdimatından öncə Murad Qulubəyli jurnalistlərin suallarını cavablandırıb, atasının onu daim dəstəklədiyini dilə gətirib. 

Nigar isə klipin bir gün ərzində lentə alındığını, şəxsən özü layihədə onunla birgə iştirak etməsi üçün Murada təklif etdiyini vurğulayıb.

Daha sonra tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev çıxış edib. 

“Klipin ərsəyə gəlməsində rolu olan yaradıcı qrup və bura toplaşan əziz jurnalistlər! Sizə baxanda fəxr edirəm. Tam olaraq müstəqil fikri, yaratmağa qadir olan gənclərsiniz. Sizin hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm”, - deyə M.Quliyev əlavə edib.

 

Rəşad Əliyev, Valeh Əzizoğlu

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri