21 
Mar
2019
00:32
442
232
18242
Virtual karabakh

Azərbaycanlı bloqer izləyicisinə “Gelandewagen” verəcək - YENİLƏNİB + VİDEO

21 Mar, 2019
00:32
18242

Azərbaycanlı bloqer izləyicisinə “Gelandewagen” verəcək - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Rusiyada fəaliyyət göstərən azərbaycanlı videobloqer Hüseyn Həsənov şəxsi qırmızı rəngdə “Galendewagen” avtomobilini müsabiqə yolu ilə hədiyyə vermək qərarına gəlib.

Oxu.Az xəbər verir ki, iki gün ərzində izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalı idilər. 

Onların “tag”ları isə Hüseynin Instagram hesabının mesaj şəklində “direct”inə gəlib. Həsənov gecəyarısı 10 dəq ərzində gözlərini bağlayıb və rəsmi səhifəsinin mesaj bölümündə aşağıdan yuxarı swipe etməyə başlayıb. 

Instagram hesabında 10 milyondan çox izləyicisi olan Hüseynin bu canlı efirini rekord göstərici 800 mindən daha çox insan izləyib. 

Videobloqer keçirdiyi yarışmanı ən şəffaf müsabiqə adlandırıb.

Nəticədə Hüseyn Həsənovun keçirdiyi bu müsabiqənin qalibi, bir sözlə “Galendewagen”nin sahibi 17 yaşlı ukraynalı Anastasiya Xavrutskaya adlı bir xanım izləyici olub.
 
Bloqer vurğulayıb ki , Anastasiyaya nəyin ki, öz şəxsi avtomobilini hədiyyə edəcək həmdə onu lüks restoranların birində şam yeməyinə dəvət edəcək.

20.03.2019 13:57

Rusiyanın məşhur videobloqeri Hüseyn Həsənov yenidən izləyicilərini hərəkəti ilə heyrətləndirib.

Oxu.Az xəbər verir ki, o, şəxsi Instagram hesabında izləyicilər arasında ənənəvi müsabiqə keçirib.

Şərtlərə əsasən izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalıdır. Həsənov həmin şəxslər arasından seçim edərək onlara 100 min rus rublu hədiyyə verib. 

Bununla yanaşı yaxın günlərdə müsabiqə yolu ilə videobloqer şəxsi “Gelandewagen” avtomobilini izləyicilərindən birinə hədiyyə edəcək. Bunu onun Instagram hesabının “tarix” bölməsinə baxdıqda, aydın görmək olar.

Qeyd edək ki, bu, azərbaycanlı Hüseyn Həsənovun sosial şəbəkə hesabında keçirdiyi ilk və yeganə müsabiqə deyil. Bundan bir müddət öncə o, özünün idarə etdiyi qırmızı rəngdə lüks “Ferrari” avtomobilini hədiyyə etmişdi. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri