22 
Mar
2019
23:04
148
200
15607
Virtual karabakh

Jasminin lüks avtomobili görənləri heyrətə saldı - FOTO

22 Mar, 2019
23:04
15607

Jasminin lüks avtomobili görənləri heyrətə saldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur pop ifaçısı Jasmin özünə dəbdəbəli, lüks avtomobil alıb.

Oxu.Az xəbər verir ki, sənətçinin sahibləndiyi avtomobil sadəcə bahalı olması ilə deyil, həm də rəngi və salonun yüksək peşəkarlıqla hazırlanması ilə fərqlənir. 

Dəyəri 33,5 milyon rubl (təxminən 884 400 manat) olan “Bentley Mulsanne” nadir gümüş- qızılı rəng çalarlarındadır.

Jasmin həmkarları arasında öyünə bilər. Çünki, sahib olduğu avtomobil “Bentley”in ən bahalı modelidir. Avtomobilin nömrəsi də təmtərağı ilə diqqət çəkir - 777. 

Jasmin bu avtomobillə bir neçə gün öncə həmkarı Yuliya Naçalovanın yas mərasiminə gəlib. Hər kəsin gözü onun yeni lüks avtomobilində olub.

Qeyd edək ki, dəb blogerləri məşhur ulduzun lüks həyat tərzi yaşadığına dair bir neçə il öncə mediaya məlumatlar sızdırıb. Onlar xanım sənətçinin “Hermes” brendinin ən bahalı çanta kolleksiyasına sahibləndiyini vurğulayıblar. Jasmin bu çantaları üçün dəbdəbəli evində bir otaq da ayırıb.

2011-ci ildə Jasmin iş adamı İlan Şor ilə ailə həyatı qurub. 21 iyun 2017-ci ildə Jasminin həyat yoldaşına 7.5 il müddətinə azadlıqdan mərhum edilmə cəzası verilsə də, o bu günə kimi  həbsə göndərilməyib və hazırda Orqeev şəhərinin meridir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri