12 
Apr
2019
09:30
265
90
10693
Virtual karabakh

Ayxan Mamayev evləndi: toyuna qadın çağırmadı - FOTO/VİDEO

12 Apr, 2019
09:30
10693

Ayxan Mamayev evləndi: toyuna qadın çağırmadı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa çempionu (komanda), Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi Ayxan Mamayevin toyu olub.

Oxu.Az xəbər verir ki, ölkənin məşhur karateçisi özünə təmtəraqlı toy məclisi qurub.

Ayxan Şəhla adlı xanımla evlənib.

Paytaxt restoranlarından birində təşkil olunan məclisdən görüntüləri qonaqlar “Instagram”da paylaşıblar. Diqqət çəkən məqamlardan biri isə şənlikdə yalnız kişilərin yer alması olub.

Qeyd edək ki, Ayxan Mamayevin nişanı ötən ilin avqustunda baş tutub. İdmançı nişan fotosunu paylaşan zaman gəlinin üzünü ürək işarəsi ilə bağlayıb. Beləcə, o gələcək həyat yoldaşını mediadan gizli saxlayıb. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri