13 
Apr
2019
23:54
643
133
24347
Virtual karabakh

Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi

13 Apr, 2019
23:54
24347

Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə “Ruzigar“ ləqəbi ilə tanınan reper Aydın Hüseynov həbs olunub.

Axşam.az-ın məlumatına görə, buna səbəb onun “Mal mal” adlı mahnısıdır.

“Ruzigar“ Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən ötən gün həbs edilib.

Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər. Bu barədə məlumatı ifaçının prodüseri də təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə “Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev 30 gün müddətinə həbs edilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri