16 
Apr
2019
11:33
67
424
12993
Virtual karabakh

Rüfət “Xəzər” TV-də göründü - Efirə çıxmasına qadağa qoyulmuşdu

16 Apr, 2019
11:33
12993

Rüfət “Xəzər” TV-də göründü - Efirə çıxmasına qadağa qoyulmuşdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl canlı efirdə qeyri-etik ifadələr işlətdiyinə görə efirə çıxmasına qadağa qoyulan müğənni Rüfət Axundov bu gün efirdə görünüb.

Oxu.Az-ın xəbərinə görə, o, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramına qatılıb. 

Müğənni sözügedən hadisə ilə bağlı açıqlama verib və üzr istəyib.

“Xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burada mənim nə günahım? 

İndiyədək adım qalmaqallarda hallanmayıb. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, hər kəsdən üzr istəyirəm”.

Qeyd edək ki, “Space” TV-də yayımlanan “Hər səhər” verilişinin efiri zamanı R.Axundov qeyri-etik ifadələrdən istifadə edib. Bundan sonra Milli Televiziya və Radio Şurası TV-lərə şifahi xəbərdarlıq göndərib. Xəbərdarlıqda Rüfət Axundova efir qadağasının qoyulması tövsiyə edilib.

Qurumdan o da bildirilib ki, xəbərdarlığa əməl edilib-edilməməsi artıq yayımçıların öz məsuliyyətindən asılıdır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri