16 
Apr
2019
15:27
400
56
15139
Virtual karabakh

Rüfət canlı yayımdan qovulub? - AÇIQLAMA

16 Apr, 2019
15:27
15139

Rüfət canlı yayımdan qovulub? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Televizya və Radio Şurasının efirə çıxışına qadağa qoyduğu müğənni Rüfət Axundovun bu gün qatıldığı “Hər şey daxil” verilişini yarımçıq tərk etməsi müzakirələrə səbəb olub. 

Rüfət Axundov “Xəzər” TV-də mahnı ifa edərkən qəflətən kəsilib və reklama keçid olub. 

İddia olunur ki, o, verilişdən qovulub.

Məsələ ilə bağlı “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin layihə rəhbəri və aparıcısı Tarix Əliyev Oxu.Az-a açıqlama verib:

“Rüfət Axundov mənim verilişimdən qovulmayıb. Efirin gedişatında həmkarı Rəşad İlyasovun telefon bağlantısından sonra əsəbiləşdi. Söylədi ki, “Mənim işlərim var, getməliyəm”.

Daha sonra isə canlı efiri tərk etdi. Heç kəs onu “Xəzər”dən qovmayıb. Bu, yalan informasiyadır. O ki qaldı Rüfətin mahnısının kəsilməsinə, biz reklamın vaxtına girmişdik. Mahnı uzun olanda kəsilir və reklamlara ayrılırıq. Səbəb isə gecikmədən vaxtında canlı efirə bağlanmağımızdır”. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri