19 
Apr
2019
11:49
31
198
6286
Virtual karabakh

Namiq Qaraçuxurlu əməliyyat olunacaq, əsa ilə gəzəcək - VİDEO

19 Apr, 2019
11:49
6286

Namiq Qaraçuxurlu əməliyyat olunacaq, əsa ilə gəzəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyat olunacaq.

Bu barədə Oxu.Az-a meyxanaçı özü məlumat verib.

Bildirib ki, o, 20 gün sonra bıçaq altına uzanacaq:

“Paytaxt xəstəxanalarının birində ayağımdan əməliyyat olunacağam. Dəmirlər var ayağımda, həkimlər öncədən mənə demişdilər ki, cərrahi yolla millər yenidən ayağımdan çıxarılacaq”.

Qaraçuxurlu qeyd edib ki, əməliyyata görə çəki atıb:

“Bir xeyli arıqlamışam. Arıqlıq mənə sərf edir. Çünki əməliyyata hazırlaşıram. Cərrahi müdaxilədən sonra əsa ilə gəzəcəyəm. Əsanı atandan sonra çəkim yüngül olmalıdır ki, ayağıma ağırlıq verməsin”.

Qeyd edək ki, Namiq iki il bundan öncə yıxılaraq ayağını sındırıb. Ayağı üç yerdən sınan sənətçi uzun müddət xəstəxanada yataraq müalicə alıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri