19 
Apr
2019
16:02
15
54
1983
Virtual karabakh

Emin “Pis oyun”a klip çəkdirdi - VİDEO

19 Apr, 2019
16:02
1983

Emin “Pis oyun”a klip çəkdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti Emin Ağalarov “Wicked game” (Pis oyun) adlı mahnıya klip çəkdirib. 

Oxu.Az xəbər verir ki, Kris İsaakın bəstələdiyi, böyük sevgidən bəhs edən əsərə çəkilmiş klipdə Rusiyanın məşhur aktrisası Diana Pojarskaya rol alıb. 

Bu mahnını Emin 2018-ci ildə solo konsertlərin birində tamaşaçılara təqdim edib.

Dillərdə əzbər olan sözügedən mahnı Xalq artistinin ingilis dilində çıxan “Good Love” albomuna daxil edilib. 

Emin ekran işi bağlı bu sözləri deyib:

“Bu, sevgi haqda olan ən gözəl mahnılardan biridir. Onu illər əvvəl dinləmişəm və qəlbimə toxunub. Bu əsəri çoxdan ifa etmək istəyirdim, amma indiyə qismət oldu. Bu bəstəni konsertlərimdə tez-tez səsləndirirəm. Ümid edirəm ki, yaxşı alınıb”.

Rejisser Lev Efimovun ərsəyə gətirdiyi ekran işinin çəkilişləri “Crocus city mall”da aparılıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri