22 
Apr
2019
16:35
107
233
3170
Virtual karabakh

Niyam Salami: “Kazbek” səhnə üçün deyil, onu tində oturub çəksinlər - VİDEO

Kulis arxasında zarafat olub. Olub, olub da. Həyatda da bu kimi zarafatlar olur.

Bu sözləri müğənni Niyam Salami Oxu.Az-a açıqlamasında dilə gətirib. 

Niyam “Space” TV-nin efirində yaşanan hadisə ilə bağlı kanalın bu hərəkətini tənqid edib, həmkarı müğənni Rüfət Axundovun isə tərəfini saxlayıb. 

“Rüfəti hamı zarafatcıl bir insan kimi tanıyır. O da bilir ki, kiminlə zarafat etmək lazımdır. Efirdə elə bir zarafat etməz. Əgər efirdə zarafat edibsə də, mən buna normal baxıram. Amma onun zarafatını canlı efirə verən əclafdır. Söyüm onu indi ? Nə deyim belə bir hərəkəti edənə?”

N.Salami gənclərə pis örnək olan “Kazbekə şey basım, hallanım” mahnısını oxuyan ifaçı Vüqar Sədanı sərt şəkildə tənqid edib:

“Bütün bu kimi şeylərin başında avaraçılıq durur. Bu adam özü fikirləşməlidir ki, mən bu sözü oxuya bilərəmmi? Bu mahnılar bizim milli mentalitetimizə uyğun deyil. Xaricilər oxuduqları replerdə söyüşlərdən istifadə edirlər. Amma o bizə aid deyil. Bizə aid olmayan mahnıları səhnəyə gətirməsinlər. “Kazbek, mazbek” nə deməkdir belə? Kazbeki tində oturub çəksinlər. Bunların səhnədə nə işləri var?”

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri