24 
Apr
2019
12:16
37
252
5885
Virtual karabakh

Sem Smitin yerinə Bakıya o gələcək

24 Apr, 2019
12:16
5885

Sem Smitin yerinə Bakıya o gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” Qran-Prisi çərçivəsində planlaşdırılan konserti ləğv olunan müğənni Sem Smiti Bakıda əvəz edəcək sənətçi müəyyənləşib.

Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarainin Oxu.Az-a verdiyi məlumata görə, Smitin yerinə Bakıya əslən britaniyalı olan Cessi Cey gələcək. 

“Aldığımız məlumata görə, Sem Smitin səsində ciddi problemlər yaranıb. Sem Bakıdan öncə verməli olduğu daha iki konsertini ləğv edib. Onun əvəzinə isə “Kristall Hall”da əslən britaniyalı müğənni Cessi Cey çıxış edəcək”.

Qeyd edək ki, dünya şöhrətli müğənni Cessi Cey gənclər arasında ən çox dinlənilən sənətçilərdəndir. 2010-cu ildə buraxdığı “Do It Like a Dude” ilk debüt albomu Britaniyada birincilik əldə edib. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri