May
2019
22:28
51
203
4286
Virtual karabakh

Qəzaya düşən aktrisa: Allah mənə bu möcüzəni yaşatdı

1 May, 2019
22:28
4286

Qəzaya düşən aktrisa: Allah mənə bu möcüzəni yaşatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi ötən həftə Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzasına düşüb. Aktrisa ilə bərabər avtomobildə olan ailənin tibb bacısı və yaxın qohumu ciddi şəkildə zədə alıb. 1 saylı Tibbi Kliniki Mərkəzə çatdırılan yaralılara dərhal tibbi yardım göstərilib. 

Mehriban Xanlarova səhhəti və başına gələn bədbəxt hadisə ilə bağlı Oxu.Az-a açıqlama verib.

“Dəhşətli hadisə idi. Baxmayaraq ki, qəzanın üstündən bir neçə gün keçib, amma  hələ də özümə gələ bilməmişəm. Şokdan ayıla bilmirəm. Möcüzə nəticəsində sağ qaldıq. Səhhətim stabildir. Ayağımı gipsə salıblar. Ev şəraitində müalicəmi davam etdirirəm. Amma, mənimlə bu qəzada xəsarət alan ailəmizin tibb bacısının vəziyyəti ağırdır. O kəllə-beyin travması alıb. Hələ də xəstəxanadadır”.

Sənətçi qəzanın səbəbləri haqqında bunları söyləyib.

“Qəza anidən baş verdi. Hadisə bir saniyənin içərisində baş verdi. Avtomobilim özümə aid deyil. Hamı mənim kirayə avtomobil sürdüyümdən xəbərdardır. Baş verən qəza ilə bağlı araşdırmalar gedir.  Hadisə ilə bağlı informasiya verə bilmirəm. Mənim avtomobilimlə toqquşan “Mercedes” markalı avtomobilin sahibi hər gün mənə baş çəkir. Vəziyyətimlə maraqlanır. Məni hamı kasıbların yanında olan bir insan kimi tanıyır. Heç kəsdən heç nə ummuram. Ondan da heç bir maddi yardım istəməmişəm”.

M. Xanlarova sənət yoldaşlarının bu vəziyyətdə onu tək buraxmadıqlarını dilə gətirdi.

“Sağ olsun məni yada salıb, yanıma gələn hər bir sənət yoldaşımı. Bir çox müğənnilər və həmkarlarım eləcə də çalışdığım Akademik Milli Dram Teatrının bütün kollektivi vaxtaşırı mənə baş çəkirlər. Hər birinə öz minnətdarlığımı bildirirəm. Dəhşətli qəza nəticəsində mənim sağ qalmağım bir möcüzədir. Allah mənə bu möcüzəni həm yaşatdı, həm görsətdi”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri