May
2019
22:25
63
172
9072
Virtual karabakh

Dünya ulduzları geyimləri və səhnə şouları ilə bərq vurdular - FOTO/VİDEO

2 May, 2019
22:25
9072

Dünya ulduzları geyimləri və səhnə şouları ilə bərq vurdular - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Las-Veqas şəhərində “Billboard Music Awards 2019” nüfuzlu musiqi mükafatlandırma mərasimi baş tutub. 

Super gecənin qonaqları da super ulduzlar olub. Məşhur müğənnilərin, aktyorların və dizaynerlərin axın etdiyi gecədə yaşanan ən maraqlı anlar paparazzilərin kamerasına həkk olunub.

Teylor Svift, ötən həftə Azərbaycanda solo konsert proqramı ilə çıxış edən epotajlı rep ifaçısı Kardi Bi, Sofi Terner, Siara və digər ulduzlar qırmızı xalı üzərindən keçərək, göz qamaşdıran səhnə geyimləri ilə cəsarətli pozlar veriblər. 

Kardi Binin qırmızı xalıda göstərdi seksual şou isə görənləri təəcübləndirib. O həmkarı ilə kameralar önündə öpüşüb. 

Gecənin aparılığını Kelli Klarksona həvalə ediblər. Musiqi ziyafətində BTS, Halsey, Ariana Qrande, Taylor Svift və dünyaşöhrətli ifaçı Madonna çıxış edib. 

Taylor Svift ilə Brendon Urienin dueti şou gələn tamaşaçıları heyran qoyub. Onların səhnədə göstərdikləri perfomans gecəyə əlavə rəng qatıb. 

Dünyaca məşhur ifaçı Madonnanında ehtiraslı səhnə şousu tamaşaçıların diqqətini çəkib. Ulduz səhnədə Maluma ilə “Medellin” mahnısını səsləndirib.

Madonna möhtəşəm perfomansı üçün beş milyon dollar pul xərcləyib. Dijital effektlərlə dolu şouda səhnədə dörd “Virtual Madonna” görünüb.

Qeyd edək ki, Madonna ilə Maluma oxuduqların mahnıya bir neçə həftə öncə ekran həyatı verib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri