May
2019
17:05
37
209
2909
Virtual karabakh

Bakıda məşhurların iştirakı ilə dəb həftəsi - VİDEO

3 May, 2019
17:05
2909

Bakıda məşhurların iştirakı ilə dəb həftəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Daş salnamə” muzeyində “Azerbaijan Fashion Week” (Azərbaycan Moda Həftəsi) başlayıb.

Oxu.Az xəbər verir ki, üç gün davam edəcək tədbirdə xarici, eləcə də, yerli kreativ və istedadlı dizaynerlərin hazırladığı geyim kolleksiyaları təqdim olunur.

Bir çox məşhur modellərin iştirakı ilə keçən tədbir “Azerbaijan Fashion Week”in sayca doqquzuncu mövsümüdür. 

İlk gün tamaşaçılara yerli və xarici brendlərin yeni kolleksiyaları nümayiş olunub.

Podiuma sıravi modellərlə yanaşı, “Best model of Azerbaijan”ın qalibləri də çıxıblar.

Onlar məşhur brendlərə məxsus geyimləri sərgiləyiblər.

Məşhur modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova hazırladığı yeni kolleksiyasını dəbin sehrinə toplaşanlara təqdim edib. Gecədə dəbsevərlərin diqqətini al-əlvan rənglərdə hazırlanan libaslar və naxışlarla bəzədilmiş printli geyimlər cəlb edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri