May
2019
16:29
51
248
10855
Virtual karabakh

Rüstəm evlənir: Mən yaşda meşədə ağac qalmayıb - VİDEO

7 May, 2019
16:29
10855

Rüstəm evlənir: Mən yaşda meşədə ağac qalmayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təəssüf ki, Azərbaycanda model biznesi yaxşı istiqamətə getmir. Gənclərin bu sahəyə olan həvəsi çox olsa da, irəliləyiş yoxdur. Hər yerindən duran, modellik standartlarına uyğun olmayanlar da özünü model adlandırır.

Bu sözləri Best Model of the World 2007 yarışmasının qalibi Rüstəm Cəbrayılov Oxu.Az-a açıqlamasında söyləyib.

Rüstəm bir müddət öncə Azərbaycan gözəli 2019 seçilən Melisa Nuriyevanın müdafiəsinə qalxıb:

“Sosial şəbəkədə yazılan şərhləri oxudum, böyük əksəriyyət münsiflər heyətinin üzvlərini təhqir edirdi. Yaxşı ki mən bu yarışmada münsif olmamışam (gülür). Əgər bir yarışma keçirilirsə, oraya 10 nəfər seçilirsə, təbii ki, onların arasından kimsə seçilməlidir.

Mən istəməzdim ki, insanlar bir azərbaycanlı xanım haqqında bu qədər pis şərhlər yazıb, bu dərəcədə pis reaksiya versinlər. Yox, əgər kimsə nəsə deyirsə və nəticədən narazıdırsa, getsin, özü yarışmada iştirak etsin. Yaxşı olduğunu sübut etsin”.

Modellik sahəsində yetərincə uğur qazanan Cəbrayılov indi də özünü aktyor kimi sınayır. “Açıq-saçıq və ehtiraslı səhnələrə çəkilərsən?” sualına Rüstəm belə cavab verib:

Tezliklə yeni çəkildiyim filmin premyerası olacaq. Filmdə aldığım qonorar 15 min manatdır. O ki qaldı ehtiraslı səhnələrdə rol almağıma, elə məhz bu səbəbdən uzun müddətdir ki, idmanla məşğul olmuram (gülür). Təbii ki, peşəkar şəkildə lentə alınarsaçəkilmək olar.

Mən subayam. Maksimum tez zamanda subaylığın daşını atıb evlənəcəyəm. Çünki mənim yaşımda meşədə bir ağac da qalmayıb. Ay yarımdan sonra 33 yaşım tamam olur”. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri