May
2019
09:37
59
636
19871
Virtual karabakh

Şəbnəm Bakı küçələrində “avtoşluq” etdi - VİDEO

8 May, 2019
09:37
19871

Şəbnəm Bakı küçələrində “avtoşluq” etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində “avtoşluq” ediblər. 

Oxu.Az xəbər verir ki, ifaçıların sükan arxasında etdiyi təhlükəli ötmə əməliyyatı “Instagram”da paylaşılıb. 

Həmin görüntülərdən aydın olur ki, Səbinə ilə Şəbnəm bir-birini ötmək istəyib. İşıqforun qırmızı işığına düşən hər iki ifaçı avtomobillərini saxlamaq məcburiyyətində qalıblar. Daha sonra isə ağ rəngli “Mercedes-Benz Gelandewagen” avtomobilini idarə edən Şəbnəm yolda ötmə əməliyyatı edərək, həmkarı Selcanı arxada qoyub. 

Sözügedən kadrlar sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Hər iki müğənninin bu hərəkəti izləyicilər tərəfindən tənqid olunub. Kimi onları “görməmiş” adlandırıb, kimi də “yolda meymunluq edirlər” kimi şərhlərlə ifaçıları sərt şəkildə qınayıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri