10 
May
2019
10:03
148
56
3912
Virtual karabakh

Devid Bekhemin sürücülük vəsiqəsi əlindən alındı

10 May, 2019
10:03
3912

Devid Bekhemin sürücülük vəsiqəsi əlindən alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonun Bromley Magistrates Court məhkəməsində dünya şöhrətli 44 yaşlı futbolçu Devid Bekhemin işinə baxılıb.

Məlumata görə, Bekhemin avtomobil idarə edərkən telefonla oynaması məşhura baha başa gəlib. 

Hakim Devidin sürücülük vəsiqəsini altı ay müddətinə əlindən alıb. Üstəlik, ona 750 funt-sterlinq (təxminən 1700 manat - red.) dəyərində pul cəzası kəsib. 

İngiltərə qanunvericiliyinə əsasən, sükan arxasında telefondan istifadə etmək qəti qadağandır.

Qeyd edək ki, ötən il Bekhem nəinki telefonla oynayıb, eləcə də, bir neçə dəfə sürət həddini aşıb. Sürət həddi saatda 60 km olduğu halda Bekhem 90 km sürətlə hərəkət edib. Lakin bütün bunlara rəğmən, futbolçunun vəkili Friman onu bu cəzadan azad edə bilmişdi. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri