11 
May
2019
22:11
58
637
20427
Virtual karabakh

“Toppuş bacı”: Xəstəlik metastaz verib, boğazıma kimi yayılıb - YENİLƏNİB

11 May, 2019
22:11
20427

“Toppuş bacı”: Xəstəlik metastaz verib, boğazıma kimi yayılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Tünzalə Əliyeva şəxsi Instagram hesabında səhhətində yaranmış ciddi problemlə bağlı məlumat paylaşıb. 

Oxu.Az xəbər verir ki, hər şeyin yaxşı olacağına inandığını bildirib. 

“Hər vaxtınız xeyr olsun. Bu sözləri yazmaq mənim üçün çox çətindir. Təəssüf ki, xəstəliyim metastaz verib və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 seans kimya terapiyası keçəcəyəm. İnşallah, sağalaram. Əlbəttə, mən hər an hər şeyə özümü hazırlamışam, amma inanıram ki, hər şey yaxşı olacaq. Çünki Zəhra qızım hələ çox balacadır. Mən hələ böyütmək istəyirəm onu. Akademik Cəmil Əliyev və Milli Onkologiya Mərkəzinin rəhbəri Azad bəyə təşəkkür edirəm ki, məni belə diqqətdə saxlayırlar və bütün müalicəni tam təmənnasız edirlər. Bütün kollektivə təşəkkür edirəm”, - deyə o vurğulayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

insallah herey yaxsi olacaq 2 ci gununden ankalogiyada mualiceletim baslayacaq

Публикация от Respublikanin Emekdar Artisti (@tunzale_official_)

Qeyd edək ki, əməkdar artistin xəstəliyi ötən il baş qaldırıb. Tünzalə Əliyeva cərrahi əməliyyat keçirib və kimya terapiyası alıb.

17.04

“Toppuş bacı” kimi məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın yenidən səhhətində problemlər yaranması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Tünzalə Əliyeva ilə əlaqə saxlayıb.

Aktrisa yayılan məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirib:

“Haqqımda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Sadəcə, gedib müayinə olunmuşam. Gələn həftənin ilk günlərində gedib analizlərimin cavabını alacağam. Hazırda Milli Onkologiya Mərkəzində deyiləm, bu da şayiədir”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyər çəkir. O, səhhətindəki problemləri aradan qaldırmaq üçün tez-tez müayinə olunur. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri