14 
May
2019
12:34
66
353
12827
Virtual karabakh

Aparıcıya nazirlikdə vəzifə verildi

14 May, 2019
12:34
12827

Aparıcıya nazirlikdə vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub. 

Oxu.Az xəbər verir ki, bu haqda Gözəlovanın həmkarı Mehman Mehdiyev sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. 

Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Məlumat üçün bildirək ki, G.Gözəlova bundan əvvəl “Azərpoçt” MMC-nin mətbuat katibi vəzifəsində çalışıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri