15 
May
2019
22:05
198
42
5472
Virtual karabakh

Britni Spirs səhnəylə vidalaşır

15 May, 2019
22:05
5472

Britni Spirs səhnəylə vidalaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni Britni Spirs ruhi dispanserdə uzun müddətdir  ciddi şəkildə müalicə alır. Psixoloji sarsıntılar keçirən Britninin bir daha səhnəyə qayıtmayacağına dair məlumatlar yayılıb.

Oxu.Az TMZ- yə istinadən xəbər verir ki, bu barədə ifaçının meneceri Larri Rudolf bildirib:

“Mən istəmirəm ki, Britni fiziki, psixi və mənəvi cəhətdən hazır olmayınca səhnəyə çıxsın. Əgər bunlar onda baş verməzsə, deməli, bir daha səhnəyə çıxmayacaq”.

Qeyd edək ki, bir müddə öncə 37 yaşlı Spirs əslən iranlı sevgilisi Sem Asqari ilə dispanseri tərk etdiyi zamanı paparazzilərin kamerasına tuş gəlib. Məşhuru görənlər onun qocaldığını və əvvəlki gözəlliyindən əsər-əlamət qalmadığını qeyd ediblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri