16 
May
2019
11:33
77
311
9221
Virtual karabakh

Miri Yusif səfir seçildi

16 May, 2019
11:33
9221

Miri Yusif səfir seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Əməkdar artisti, müğənni Miri Yusif bu ilin 16-22 sentyabrında Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib.

Oxu.Az xəbər verir ki, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək.

Bunlarla yanaşı, o, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, dünya çempionatının daha bir səfiri dördqat dünya, ikiqat Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı (Atlanta-1996) olmuş sabiq bədii gimnast Yana Batırşinadır.

Qeyd edək ki, hər iki ulduz səfir ötən ay paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları izləyib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri