16 
May
2019
22:48
298
116
26376
Virtual karabakh

Bu qadın dünyanın ən gözəl nənəsidir- FOTO

16 May, 2019
22:48
26376

Bu qadın dünyanın ən gözəl nənəsidir- FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə Bolqarıstanda keçirilən beynəlxalq “Mrs Grandma Globe Universe” yarışmasında ukraynalı Svetlana Qass dünyanın ən gözəl nənəsi seçilib. 

O zaman Svetlanın 58 yaşı var idi. Yarışmadan sonra onu Amerika gözəllik müsabiqələrinin nümayəndə heyəti ABŞ-a dəvət etdi. Daha sonra Qass Ukraynanı təmsil etmək üçün model kimi Atlantada keçirilən yarışmaya qatılıb. Svetlana sözügedən müsabiqədə qalib gələrək “Miss Transcontinental Classic” nominasiyasına sahib olub. 

Oxu.Az xəbər verir ki, Svetlana Qass Odessada dünyaya göz açıb. Onun qızı və 12 yaşlı nəvəsi də var.  
Svetlana modelyer-dizayner təhsili alıb,  maliyyə işlərindən yaxşı başı çıxır. İndi bizneslə məşğul olur və gözəllik salonunu idarə edir.

Svetlana “Dünyanın ən gözəl nənəsi” olmağı heç ağlına da gətirmədiyini dilə gətirib. Qızı anasının əvəzinə beynəlxalq müsabiqədən qeydiyyatdan keçib. Daha sonra Qass portofilosu üçün çimərlik geyimində bir neçə şəkil çəkdirməyə razılıq verib.

Svetlana ona gözəlliyi ilə bağlı ünvanlanan sualları belə cavablandırır:
 “Mənə gülməli gəlir ki, mən pensiyaçıyam”. 

60 yaşında olsa da Qass xarici görünüşü ilə 40 yaşlı xanımlardan seçilmir. Əksinə, onlardan daha gözəl və təravəli görsənir. 

Svetlana Qass aktiv həyat tərzi ilə görənləri heyrətləndirir. Qass hər həftə nəvəsi ilə velosipedlə gəzintiyə çıxır. Bununla yanaşı, ukraynalı qadın mütəmadi olaraq idman zalına gedir, üzgüçülüklə məşğul olur və pəhriz saxlayaraq sağlam qidalanır.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

☀️☀️☀️#мои58

Публикация от Svetlana Gass (@svetlanagass)

 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri