17 
May
2019
16:44
83
678
18134
Virtual karabakh

“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar - YENİLƏNİB + FOTO

17 May, 2019
16:44
18134

“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə İsraildə keçirilən “Avroviziya-2019”un ikinci yarımfinalından sonra baş tutan mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması narazılığa səbəb olub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu səhvə görə Azərbaycan nümayəndə heyətini tənqid edib.

Yarışmanı canlı şərh edən müğənni-aparıcı Murad Arif şəxsi “Instagram” hesabında “İctimai” TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanovun məsələ ilə bağlı açıqlamasını yayımlayıb. 

“Təxribat olub-olmadığını dəqiq bilmirik. Faktiki olaraq, təşkilatçıların səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən sonra dərhal Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar tədbir gördülər”, - deyə Doluxanov bildirib.

11:43

Xəbər verdiyimiz kimi, İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə keçirilən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb. 

Gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin, eləcə də, Azərbaycanın təmsilçisi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, bu anda ekrana ölkə təmsilçimiz Çingiz Mustafayevlə Azərbaycanın “Avroviziya-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın görüntüsü gəlib.

Kadrlarda mikrofonun üzərindəki Azərbaycan bayrağının tərs yapışdırıldığı diqqətdən yayınmayıb. 

Qeyd edək ki, ikinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən, Çingiz 20-ci nömrə altında çıxış edəcək. Ölkəmizi təmsil edən Çingiz Mustafayev mayın 18-də baş tutacaq böyük finalın ikinci hissəsində “Truth” mahnısını səsləndirəcək.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri