17 
May
2019
12:39
185
50
8731
Virtual karabakh

Bank Zülfiyyə Xanbabayevanı məhkəməyə verib? - AÇIQLAMA

17 May, 2019
12:39
8731

Bank Zülfiyyə Xanbabayevanı məhkəməyə verib? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl “Bank of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib.

İddia olunur ki, bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva da var. 

Məlumata görə, bankın müraciəti ilə bağlı hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir.

Zülfiyyə Xanbabayeva məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında iddiaların əsassız olduğunu söyləyib:

“Bu, yalandan başqa bir şey deyil. Dezinformasiyadır. Dünya dərəbəylikdir? Belə bir şey yoxdur. Siz ki məni tanıyırsınız...”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri