19 
May
2019
01:34
38
551
6857
Virtual karabakh

Konçita yenidən “Eurovision” səhnəsində - FOTO/VİDEO

Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə 2014-cü ildə Avstriyaya “Eurovision” sevinci yaşadan Konçita Vürst çıxıb.

Oxu.Az xəbər verir ki, o, 2015-ci ildə İsveçrəni təmsil edən və ölkəsinə qalibiyyət gətirən Mans Zermelyovun “Hero” mahnısını səsləndirib.

Konçitanın esktravaqant geyim tərzi izləyicilərin marağına səbəb olub.

Sonra səhnəyə 2007-ci ildə yarışmada qalib gəlib Ukraynaya “Eurovision”u aparan Verka Serdyuçka çıxıb. O, rəqqaslarla birgə ifası və səhnə şousu ilə final gecəyə rəng qatıb.

Ardınca Konçita, Verka, Mans yarışmada qalib gələn digər ifaçılarla duet şəklində Haliluya mahnısını ifa ediblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri