19 
May
2019
20:22
60
480
16932
Virtual karabakh

“Avroviziya”da Naxçıvan və Qarabağla bağlı qalmaqal

19 May, 2019
20:22
16932

“Avroviziya”da Naxçıvan və Qarabağla bağlı qalmaqal

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, ötən gecə İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən 64-cü “Avroviziya -2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi baş tutdu. Yarışmanın qalibi  492 səslə Niderland təmsilçisi Duncan Laurens və onun səsləndirdiyi “Arcade” mahnısı oldu.

Oxu.Az xəbər verir ki, müsabiqədə təmsilçilərin çıxışı yekunlaşdırdıqdan sonra aparıcılar Ekspo-Mərkəzin səhnəsindən səsverməyə start veriblər və 41 ölkəylə canlı bağlantılar həyata keçirilib. Müsabiqədə 2-ci birbaşa bağlantı Azərbaycanla olub və ekrana həmin an ulduzlarla bəzədilən Azərbaycan xəritəsi gəlib.

Yayımlanan postkartda Qarabağın və Naxçıvan Muxtar Respublikasının göstərilməməsi sosial şəbəkə izləyicilərini qəzəbləndirib. Onlar bu hərəkəti Azərbaycana qarşı növbəti təxribat kimi dəyərləndiriblər. 

Yaşanan qalmaqallı olayla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək, müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlaması gözlənilir.

Qeyd edək ki, bu Azərbaycanla bağlı yarışmada yaşanan ilk kobud səhv deyil. Müsabiqənin ikinci yarımfinalından sonra keçirilən mətbuat konfransında  Azərbaycanın “Avroviziya-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın ekrana gəldiyi  anda onun qarşısındakı mikrofonun üzərində Azərbaycan bayrağının tərs yapışdırılması söz-söhbətlərə və sosial mediada müzakirə predmetinə çevrilmişdi.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri