23 
May
2019
17:54
176
33
6350
Virtual karabakh

Potapla Nastya evləndi - FOTO/VİDEO

23 May, 2019
17:54
6350

Potapla Nastya evləndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın məşhur müğənniləri, duet ortaqları Nastya Kamenskix və Potap ailə qurub.

Oxu.Az xəbər verir ki, bu barədə Nastya sosial şəbəkədə məlumat yayıb.

“Sevənlərimizlə hisslərimizin bir hissəsini bölüşmək zamanı yetişdi. Bu gün hər birimiz üçün çox xüsusi və xoşbəxt bir gündür - biz xoşbəxtliyimizi sizinlə paylaşmaqdan xoşbəxtlik duyuruq və bunu bizimlə paylaşdığınız üçün sizə təşəkkür edirik”, - deyə Nastya qeyd edib.

Xatırladaq ki, Potap Nastya ilə ailə həyatı qurması barədə klip çəkib.

“Konstanta” adlı mahnıya çəkilən klib “Love story” formatında lentə alınıb. Potap bununla da Nastyaya olan sevgisini icitmai şəkildə etiraf edib. 

Nastya da Potapdan geri qalmayaraq, gələcək həyat yoldaşına “Söz verirəm” adlı mahnısına çəkilmiş klipini həsr edib. Ekran əsərində dahi italyan heykəltaraş Mikelancelonun yaratdığı “Bir-birinə doğru uzanan əllər”  ideyası əsas götürülüb. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Особенные чувства рождают особенные произведения😍 Именно такими являются песни «Обіцяю» и новый хит @realpotap «Константа»💕 ⠀ Вслушайтесь в строки нового трека @realpotap и вы все поймете. Вслушайтесь в слова моей «Обіцяю» и вы все почувствуете❤❤❤ Две эти композиции дополняют друг друга и сливаются в единое целое. 💞 ⠀ Спасибо, @realpotap, что оберегал нас от лишних глаз, слов, постов🙏🏻Спасибо, что поддерживаешь мой выбор, что счастье любит тишину. 🙏🏻 Спасибо, что мы с тобой оберегаем нашу любовь🙏🏻 Пусть ненадолго, мы смогли оставить сокровенные эмоции и чувства только для нас двоих! 🥰 ⠀ Теперь пришло время поделиться с поклонниками частичкой наших чувств! 😊Сегодня именно тот самый особенный и счастливый день для каждой влюбленной пары❤ Мы рады поделиться с вами своим счастьем и благодарны за то, что вы разделите его с нами! 🐻💎 #BearAndDiamond

Публикация от NK | Nastia Kamenskykh (@kamenskux)

Qeyd edək ki, Potap ilə Nastya 13 ilə yaxındır birlikdə çalışırlar. Onların münasibətləri Potap evli olan zamanlardan başlayıb. Yalnız Potap rəsmi şəkildə 2014-cü ildə həyat yoldaşından boşandıqdan sonra onun Nastya ilə münasibətdə olmasına dair xəbərlər yayılıb. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri