24 
May
2019
13:34
86
65
2189
Virtual karabakh

Hollivud rejissoru təcavüzə görə 44 milyon dollar ödəyəcək

Qadınlara qarşı cinsi təcavüzə görə ittiham edilən Hollivudun tanınmış rejissoru Harvi Vaynşteyn onlarla razılaşma əldə edib. 

The New York Times” xəbər verir ki, Harvi bu razılaşmağa görə 44 milyon dollarından keçməli olacaq.

Bu saziş təcavüz haqqında mülki iddiaların bir çox hissəsini əhatə etməlidir. Lakin Vaynşteynə qarşı cinsi zorakılıq haqqında ittihamlara təsir göstərməyəcək. 

Müqavilə imzalandığı təqdirdə, bütün məbləğ sığorta ödənişləri hesabına təmin olunacaq.

Qeyd edək ki, 2017-ci ildən etibarən 80-dən çox qadın, film ulduzları, eləcə də, məşhur modellər Harvi Vaynşteyn tərəfindən təcavüz və şiddətə məruz qaldıqlarını açıq şəkildə etiraf ediblər. 2018-ci ildə təcavüz və cinsi zorlamaya görə cinayət işi açılıb. Sözügedən iş üzrə məhkəmə prosesinin sentyabr ayında keçirilməsi gözlənilir. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri