27 
May
2019
13:01
53
239
14141
Virtual karabakh

Röya canlı efirdə əsəbiləşdi: Mənim sevgilim olmasa, yaxşıdır - VİDEO

27 May, 2019
13:01
14141

Röya canlı efirdə əsəbiləşdi: Mənim sevgilim olmasa, yaxşıdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Röya Ayxan “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, o, canlı efirdə əsəbiləşib.

Röyanın qəzəbli olmasına səbəb musiqi avadanlığında yaranan texniki problem olub. Belə ki, “Afaki”ni canlı ifa edən sənətçinin səsi efirdə az eşidilib. Röya bəstəni oxuyub, bitirər-bitirməz ansamblını canlı efirdə pərt edib.

Ayxan “Verilişə 10 dəqiqə qalmış aparat qurursunuz. Möhtəşəmsiniz”, - deyərək əsəblərini cilovlamağa çalışıb.

Röya daha sonra proqramın aparıcısı Tarix Əliyevin (Tolik) suallarını cavablandırıb. O, şou-biznesdə həmkarlarından öndə olmasınının səbələri açıqlayıb:

“Çox əziyyət çəkmişəm. Çəkilişə vaxtından tez gəlirəm, məsuliyyətli biriyəm. Kimdə bunlar yoxdursa, hər zaman arxadadırlar”.

“Kimin belə sevgilisi var” adlı yeni bəstəsini ifa edən Əməkdar artist sevgilisinin olmadığını etiraf edib:

“Mənim kimi qızın sevgilisi olmasa, yaxşıdır. Azad adamam, çərçivəni sevmirəm. Məni sıxsalar, öz hisslərimi boğub saxlayaram”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri