31 
May
2019
14:48
41
172
11223
Virtual karabakh

Miri Yusif niyə açıq libaslı Dilarə ilə eyni kadrlarda yer almayıb? - VİDEO

31 May, 2019
14:48
11223

Miri Yusif niyə açıq libaslı Dilarə ilə eyni kadrlarda yer almayıb? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Miri Yusifin ötən həftə təqdim etdiyi “Uyma” adlı mahnısına çəkdirdiyi klip səs-küyə səbəb olub. 

Belə ki, sənətçinin ekran işində tərəf müqabili yenə də cazibədar müğənni Dilarə Kazımova olub. Dilarənin dərin sinə dekolteli, uzun yarıqlı qara libasdakı obrazı birmənalı qarşılanmayıb, onu tənqid atəşinə tutanlar da olub. 

Əməkdar artist Miri Yusif müzakirələrin mərkəzinə düşən klipi ilə bağlı Oxu.Az-a açıqlama verib. 

“Mən bu klipdə açıq-saçıq bir şey görmürəm. Normal, adi bir klipdir”, - deyə ifaçı şərh edib.

Miri Yusifin “Ad günü” klipindən fərqli olaraq, yeni ekran işində Dilarə ilə eyni kadrlarda yer almaması da diqqətdən yayınmayan məqamlardandır. 

O, əməkdaşımızın “Yoxsa həyat yoldaşınızın qısqancılığından qorxmusunuz?” sualına qorxaq olmadığı cavabını verib:

“Mən belə şeylərdən qorxmuram. Qorxaq da deyiləm (gülür). Bu sadəcə rejissorun fikri idi”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri