İyn
2019
12:26
86
31
2525
Virtual karabakh

“CinemaPlus”da “Uşaqlar günü” münasibətilə bayram - FOTO/VİDEO

1 İyn, 2019
12:26
2525

“CinemaPlus”da “Uşaqlar günü” münasibətilə bayram - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il yayın ilk günü böyük bayram qeyd olunur - Uşaqların Beynəlxalq Müdafiəsi günü. Bu, dünyada qeyd olunan ən qədim bayramlardan biridir və “CinemaPlus Gənclik Mall” premium kinoteatrı ənənəni pozmayaraq belə bir sevincli gündə Azərbaycan Uşaqlar Birliyi - uşaq sığınacağından olan balaca tamaşaçılar üçün əyləncəli proqram təşkil edib.

60-a yaxın uşaq Ağca və Betmenin iştirakı ilə şou proqramda iştirak ediblər. Daha sonra gənc tamaşaçılar 2019-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunan “Sevimli ferma” animasiya filmini izləyiblər.

Animasiya filmini dublyaj ediblər: Erkin Ergin, Vüsal Hacı-Qədir, Gülnarə Zülalova, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Samir Ələsgərov, Nicat Ələsgərov və Azər Quliyev.

Dublyajın rejissoru Samir Ələsgərov, baş redaktor Vüqar Hüseynov, tərcümə və redaktor Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əlisəttar Quliyev, baş prodüser Cəfər Axundzadədir.

Ailəvi animasiya filminin rejissoru Lize İ.Osvolldur.

Animasiya filmi haqqında qısa məlumat: Klara adlı inək şəhərdə yaşayır və böyük ulduz olmaq istəyir. Yay tətilində o, fermaya - valideynlərinin yanına qonaq gəlir. Orada o, ən yaxşı kulinar olmaqla fermanı məşhurlaşdırmaq istəyir. Yerli sakinlər olan dostları: inək - repçi Qutom, toyuq Çikkolini və başqaları ilə birgə işə başlayırlar, lakin kimsə onlara mane olmaq istəyir.

Tədbirin təşkilində uşaq tədbirlərinin təşkili ilə məşğul olan “EvensLab” şirkəti dəstəyini göstərib.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri