31 
May
2019
18:02
56
252
8048
Virtual karabakh

Kərimi döyən şəxs Tacirin qohumudur: 5000 veririk, şikayəti geri götür - VİDEO

31 May, 2019
18:02
8048

Kərimi döyən şəxs Tacirin qohumudur: 5000 veririk, şikayəti geri götür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Kərim Abbasov onu döyən şəxsin həmkarı Tacir Şahmalıoğlunun qohumu olduğunu iddia edib.

Oxu.Az xəbər verir ki, bu iddia ilə o, ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində çıxış edib.

Deyib ki, ona şikayət ərizəsini geri çəkməsi üçün 5000 manat pul təklif olunub:

“Deyirlər 5000 manat verək, getsin polisə yazdığı ərzəni geri götürsün. İki-üç gündür ki, Tacir Şahmalıoğlu mənə zəng edir, söyləyir ki, səni döyənlər mənim qohumlarımdır. Onlar da məndən xaiş edirlər ki, sən gedib ərizəni geri götürəsən. 

Mən isə ona bircə kəlmə söz dedim. Əgər həmin şəxs çıxıb hamının qarşısında məndən üzr istəsə, ərizəmi geri götürərəm”.

 
Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri