İyn
2019
14:09
64
292
6829
Virtual karabakh

Xalq artistindən “Aygün şou” - FOTO

2 İyn, 2019
14:09
6829

Xalq artistindən “Aygün şou” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib.  

Oxu.Az xəbər verir ki, pop-diva “Aygün şou” adlı proqramda sevilən və hit mahnılarını təqdim edib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən konsertdə Kazımova səhnəni balacalarla bölüşüb. Bu günə xüsusi olaraq hazırlanan şouda xalq artisti 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə möhtəşəm perfomans sərgiləyib.

Aygün Kazımovanın illərdir sevilən mahnıları, eləcə də repertuarından olan yeni nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şouya əlavə rəng qatıb. Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə olaraq təqdim edilən möhtəşəm şou parkda dincələnlərin-uşaqdan böyüyə hər kəsin marağına səbəb olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri