İyn
2019
09:27
123
63
5124
Virtual karabakh

Cey Zi ilk milyarder repçi oldu

4 İyn, 2019
09:27
5124

Cey Zi ilk milyarder repçi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalı dünya şöhrətli müğənni Beyonsun əri, amerikalı Cey Zini ilk milyarder repçi elan edib. 

Repçinin müxtəlif şirkətlərdən, daşınmaz əmlakdan, musiqi biznesindən, albom satışından gələn gəliri bir milyard dollara çatıb. İlk albomu 1996-cı ildə işıq üzü görən Cey Zinin gəliri təkcə musiqidən deyil.

Ceyin ən böyük gəlirini “Armand de Brignac Champagne” şampan brendindən qazandığı 310 milyon dollar, müxtəlif şirkətlərə yatırdığı sərmayələrdən qazandığı 220 milyon dollar təşkil edir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri