İyn
2019
21:48
98
45
10861
Virtual karabakh

Culiya Robertsdən məşhur “Gözəlçə” filmi barədə maraqlı açıqlama

5 İyn, 2019
21:48
10861

Culiya Robertsdən məşhur “Gözəlçə” filmi barədə maraqlı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Culiya Roberts “Variety” nəşrinə müsahibəsində ona şöhrət qazandırmış  “Gözəlçə” filmi barədə maraqlı açıqlama  verib.

Aktrisanın dediyinə görə, filmin sonluğu dəyişdirilib. Belə ki, filmin sonu toyla deyil, ayrılıqla nəticələnməliydi. Riçard Girin qəhrəmanı, biznesmen Edvar Lüis küçədən tapdığı gözəl fahişə Viviyenə eşq elan etmək əvəzinə, onu qaranlıq bir küçədə maşından itələyib atmalıydı.  

Xatırladaq ki, “Gözəlçə” adlı romantik komediya 1990-cı ildə ekrana çıxıb. Film çox varlı biznesmenin küçə qadınına aşiq olaraq, sonda onunla evlənməsindən bəhs edir. Filmdə baş rolları Riçard Gir və Culiya Roberts oynayıb. Bu filmə görə, Roberts “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar” mükafatı alıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri