İyn
2019
13:55
24
133
6510
Virtual karabakh

Bu yay zövqlü və dəbli olmaq üçün stilist məsləhətləri - FOTO

8 İyn, 2019
13:55
6510

Bu yay zövqlü və dəbli olmaq üçün stilist məsləhətləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günəş, dəniz, qum - bu üçlüyün “dəbdə” olduğu günləri, yəni yay mövsümünü yaşayırıq. Dəb demişkən, artıq bir çox məşhur dizaynerlər yaz-yay kolleksiyalarını nümayiş etdiriblər.

Geyimləri həm mövsümə, həm də dəbə uyğun olaraq seçmək isə diqqət, vaxt, ən əsası “vision” tələb edir.

Bəs, bu yay hansı rənglər, modellər aktual olacaq?

Oxu.Az-ın suallarını stilist və vizajist Elnur Huseynov cavablandırıb:

- Başlayaq makiyajdan. Bu yay makiyajda hansı rənglər dəbdədir? 

- Bu yay makiyajın əsas rəng çaları çəhrayının bir çox tonlarıdır. Yay olduğu üçün xanımlar ağır makiyajları təbbi (fresh) ilə əvəzləsinlər. Ötən il əgər mat makiyajlar aktual idisə, bu yay onları parlaq (sulu) dəri tonlarında olanlarla əvəz etsinlər. Xanımlar daha çox çəhrayı ənliklərə, sulu dodaq boyalarına üstünlük versinlər.

Mat dodaq boyaları ağır effekt verir. Lakin parlaq dodaq boyasından istifadə edərək bu effekti yüngülləşdirə bilərsiniz. Həddən ağır makiyajlar artıq dəbdən çıxıb. Bir dönəm “ərəb” dediyimiz makiyajlar trenddə idi. Üzə həddən artıq çəkilən makiyaj sizi yaşınızdan daha artıq göstərir. Məsləhət görürəm ki, incə simanıza incə makiyaj çəkəsiniz. Beləcə, siz həm təravətli həm də zövqlü görünəcəksiniz. Amma bir məqamı unutmaq olmaz, o da gedəcəyiniz məkandır. 

- Xanımlar geyimlərdə hansı rəng və formalara üstünlük versinlər? 

- Mövsümün vazgeçilməzi fil sümüyü və şampan, qızılı çəhrayı rəng və çalarlarıdır. Geyimlərdə enli (oversize) sarafanlar, şalvarlar, aksesuarlarda isə bej və qəhvəyi tonlarında həsirli çantalar və şlyapalar dəbdə olacaq.

Xanımların sevə-sevə geyindikləri cinslər də bu mövsümdə öz aktuallığını qoruyub saxlayacaq. Daha çox beldən yuxarı, mavinin açıq çalarlarında olan cinslər trenddə olacaq. Xanımların nəzərinə çatdırım ki, artıq çanta ilə ayaqqabının eyni rəngdə olması aktual deyil. Odur ki, qarışıq rənglərdə olan aksesuarlara (eynək, kəmər çanta, ayaqqabı - red.) üstünlük versinlər. Artıq bir neçə ildir ki, rənglərin qarışıqlığı dəbə gəlib.

- Bəylər bu yay geyimlərində hansı rənglərə üstünlük verməlidirlər ki, həm zövqlü, həm də dəbli görüntü əldə etsinlər ? 

- Yay mövsümü yeni dəb tendensiyaları ilə gəlir. Odur ki, kişilər də qarderoblarını vaxtaşırı yeniləməli və dəbə uyğunlaşdırmalıdırlar. Keçən mövsüm olduğu kimi bordo, açıq bej və onun digər tonları öz aktuallığını qoruyub saxlayır. Boz rəng də aktualdır. Qara və qəhvəyi rənglər hələ də dominantdır. Xüsusən də qəhvəyi rəngin çalarları bu mövsüm çox dəbdədir. Sarı və yaşıl da yay mövsümünün ən dəbli rənglərindən olacaq.

Tvid kostyumlar üçün ən uyğun parça hesab edilir. Vilür və velvet də onlardan geri qalmır. Parçalar saya və üzəri naxışlı printli də ola bilər. Bu yayda da printli modellər aktualığını qoruyub saxlayır. Xətli parçalar da trenddən düşməyəcəklər.

Bəylərin şalvar dəbinə gəlincə isə, düz və geniş modellər bu mövsüm dəbdə olacaq.

İş görüşməsinə gedəndə əyninizə oturan kostyumlar geyinin. Bol və əyindən tökülən kostyum kənardan xoş təəsürat yaratmır. Odur ki, bol biçimli kostyumlarınızdan azad olun. Bəylər rəngarəng geyinməkdən qorxub, çəkinməsinlər. Çünki hər zaman qara rəngdən istifadə onları yora bilər. Baxıma mütləq vaxt ayırsınlar. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri