10 
İyn
2019
12:05
65
259
12964
Virtual karabakh

Aysel Əlizadə: Sevgilimi əlimdən almasınlar, bəsimdir - VİDEO

10 İyn, 2019
12:05
12964

Aysel Əlizadə: Sevgilimi əlimdən almasınlar, bəsimdir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ATV maqazin 10-larla” proqramının “Onlarla üç dəqiqə” rubrikasının qonağı müğənni Aysel Əlizadə olub. Onun şəxsi həyatı ilə bağlı verdiyi açıqlama söz-söhbət yaradıb.

Müxbir Ayselə kiminsə sevgilisini əlindən alması barədə sual ünvanlayıb.

“O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram, aciz qızların işidir. Bilib-bilmədən danışılanlar incidir məni”, - müğənni cavabında qeyd edib.

A.Əlizadə bildirib ki, “Porsche” markalı avtomobilini özü alıb:

“Avtomobilimi özüm almışam, yeddi ildir onu sürürəm. Özüm özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını edim”.

Qeyd edək ki, “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində Turanə Nəcəfova adlı xanım “Yetim” ləqəbli biznesmen əri Elçinin Aysel Əlizadə ilə eşq yaşadıqlarını iddia etmiş, bu isə geniş rezonans doğurmuşdu. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri