12 
İyn
2019
17:20
220
85
7185
Virtual karabakh

Rihanna milyarder ərəb sevgilisindən uşaq dünyaya gətirmək istəyir

12 İyn, 2019
17:20
7185

Rihanna milyarder ərəb sevgilisindən uşaq dünyaya gətirmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli müğənni Rihanna milyarder ərəb sevgilisi Həsən Camaldan uşaq dünyaya gətirmək istədiyini deyib.

31 yaşlı müğənni “Interview” jurnalına müsahibəsində sevgilisinə aşiq olduğunu və ana olmaq istədiyini söyləyib.

“Sevgilimlə tanış olmaq istəyirsinizsə, “Google”da axtarış vermək kifayətdir. Mən ona aşiqəm. Toyumuzun nə vaxt olacağını isə təkcə Allah bilir. Biz plan qurarıq, o da yuxarıdan baxıb bizə gülər. Amma bu həyatda ana olmağı hər şeydən daha çox istəyirəm”, - ulduz müğənni səmimi etiraf edib.

Qeyd edək ki, Rihanna və Həsən Camal iki ildir ki, sevgilidirlər. Onlar bir müddət öncə ayrılsalar da, yenidən bir araya gələrək münasibətlərini bərpa ediblər. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri