13 
İyn
2019
10:00
39
213
3656
Virtual karabakh

“MEGAFUN”da “Həyəcan mövsümü”: Aygün rüzgarı əsəcək - FOTO

13 İyn, 2019
10:00
3656

“MEGAFUN”da “Həyəcan mövsümü”: Aygün rüzgarı əsəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropanın ən böyük qapalı əyləncə mərkəzi olan “MEGAFUN” bir-birindən maraqlı layihələrlə ziyarətçilərini sevindirməkdə davam edir.

Belə ki, iyunun 14-də qiymətli hədiyyələrlə zəngin olan “Həyəcan mövsümü” uduşlu lotereyasına start veriləcək. Məhz həmin gündən etibarən “MEGAFUN”ın qonağı olan hər bir şəxs burada əylənmək və istirahət etməklə yanaşı, uduşlu lotereyanın iştirakçısına çevriləcək.

“Bunun üçün nə etmək lazımdır” sualının sadə bir cavabı var. “MEGAFUN” Ticarət və Əyləncə Mərkəzindəki attraksionlarda əylənərkən, mağazalardan alış-veriş edərkən, restoran və kafelərdə ləzzət dolu anlar yaşayarkən, gözəllik salonlarına özünüzə qulluq edərkən xərclədiyiniz hər 50 manatın çekini təqdim edin və lotereya kuponuna sahib olub lotereya iştirakçısına çevrilin. Əmin olun ki, buna dəyər. Çünki  onlarla dəyərli hədiyyələrlə yanaşı, iki “Wolksvagen Polo” avtomobili məhz sentyabrın 14-dək öz sahibini gözləyəcək.

Sizcə, belə möhtəşəm aksiyanın start düyməsinə kim basa bilər? Əlbəttə, Azərbaycan estradasının Divası, Xalq artisti Aygün Kazımova. “Megafun” Aygün Kazımova ilə görüşə gəlmək arzusunda olanların hər biri üçün qucaq açır. Giriş tam pulsuz olsa da, izləyiciləri parlaq və əyləncəli şou gözləyəcək.

Sizi iyunun 14-də və hər gün, hər  zaman “MEGAFUN”da gözləyirik! Gəlin, istirahət edin, əylənin və lotereyada iştirak edərək bir-birindən dəyərli hədiyyələr qazanın!

“Həyəcan mövsümü”nün bütün iştirakçılarına sevinc həyəcanını yaşamağı arzu edirik!

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri