13 
İyn
2019
15:01
63
166
5222
Virtual karabakh

Müğənni Günay həmkarlarını tənqid etdi: Yalançı, ikiüzlü... - FOTO

13 İyn, 2019
15:01
5222

Müğənni Günay həmkarlarını tənqid etdi: Yalançı, ikiüzlü... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sevinirəm ki, bu yaşımda bu sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarından tutmuş yeni çıxan ifaçıların oyunlarınadək... Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq. O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı?”

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Instagram” hesabında yazıb.

O, bəzi sənət yoldaşlarının çirkin əməllərindən təngə gələrək, onların ucuz qalmaqallarını tənqid edib:

“Bu qədər ucuz olmaq asandır? Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlmə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmağa başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. İndi nə onların çirkin oyunlarından, nə torba tikməklərindən, nə də etdiyi çirkin əməllərdən xəbərim olur.

Ümumiyyətlə, sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenadan çox azdır. Onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə, bunu hamısına şamil etmək olmaz. Aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah! Ucuzlaşmayaq”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Sevinirəm ki, bu yaşımda bu sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarından tutmuş yeni çıxan ifaçıların oyunlarından. Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq. O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı? Bu qədər ucuz olmaq asandı? Onları illər ərzində yığdıqları bu hörməti bir kəlimə ilə yerlə-yeksan edirlər. Şou-biznesdə insanlar ucuzlaşmaya başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. İndi nə onların çirkin oyunlarından, nə torba tikməklərindən, nə də ki, etdiyi çirkin əməllərdən xəbərim olur. Ümumiyyətlə sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenadan çox azdır. Ha onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə bunu hamısına şamil etmək olmaz. Aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah! Ucuzlaşmayaq.

Публикация от Gunay Ibrahimli (@gunay_ibrahimli)

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri